AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sosial şəbəkələrdə yayılan məlumat qərəzlidir, məqsəd qurumların işgüzar nüfuzuna xələl gətirməkdir

  • + A
  • - A
  • 17-11-2021, 13:29

    Sosial şəbəkələrdə yayılan məlumat qərəzlidir, məqsəd qurumların işgüzar nüfuzuna xələl gətirməkdir

    Ötən gün sosial şəbəkələrdə qaz borusuna hava vurulmasıyla bağlı vətəndaş tərəfindən videolar paylaşılıb. Hadisə Ucar rayonu ərazisində baş verib.Məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyi ilə əlaqə saxladıq. Qurumdan Azadmedia.az-a məlumat verdilər ki, qaz xəttinə su dolduğu halda qaz təchizatı dayandırılaraq boruya yüksək təzyiqli hava vurulur ki, boruya dolmuş su təmizlənsin. Bəzən bu abonent səhlənkarlığından (bəzi cihazları quraşdirarkən qaz xətti əvəzinə su xəttini birləşdirilərək), bəzi hallarda təmir işləri aparan tikinti təşkilatlarının xətti zədələndiyi vaxt qaz borularına su dolur. Su təmizlənmədiyi halda, abonentlərin qaz təchizatında təzyiqlə bağlı və sair problemlər yaranır. O səbəbdən bu işlərin görülməsi zəruridir.
    Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə yayılan xəbərdə Ucar rayonunda 22N-li Yol İstismarı MMC-ə məxsus kompressor qurğusu ilə təchiz edilmiş maşın tərəfindən yeraltı qaz xəttinə hava vurulması tirajlanırdı. Yayılan video istər Azəriqaz İB, istərsə də AAYDA-ya qarşı insanlarda mənfi fikir formalaşdırır. AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli rəsmi olaraq bildirdi ki, sözügedən maşın Ucar rayon Qaz İstismar idarəsinin müraciəti əsasında, yeraltı qaz xəttinə yığılan suyun kompressor vasitəsi ilə çıxarılması və qaz təchizatının təmin olunmasına kömək məqsədi ilə sözügedən əraziyə cəlb edilib.
    Hər iki dövlət qurumu vətəndaşları bu cür dəqiqləşdirilməmiş məlumatlara inanmamağa səsləyir və cəmiyyət arasında çaşqınlıq yaradan qərəzli və böhtan xarakterli məlumatların paylaşılması yolverilməz olduğunu diqqətə çatdırır. Yalan, qurumların imicinə zərər verən xəbərlər tirajlayanlar unutmasın ki, bu cür fəaliyyət qanuna ziddir və hüquqi məsuliyyət doğurur.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR