SADİQ QURBANOV GƏNCƏRİN DOSTU OLDU
Qanunvericilik fəaliyyətindəki fəaliyyətinə, gənclərlə uğurlu əməkdaşlığına, vətənpərvərliyin təbliği və ictimai-siyasi fəallığına görə "Gənclərin Dostu" Mükafatına layiq görülən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Azərbaycan Gənclər Mərkəzi İctimai Birliyinin nümayəndələri ilə görüşmüşdür.
Görüşdə gənclərin ictimai-siyasi fəaliyyətindən, onların təşəbbüskarlıq və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılmışdır. Gənclər Mərkəzinin nümayəndələri Sadiq Qurbanova onun layiq görüldüyü Mükafatı təqdim etmişlər.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR