AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Doğum və ölüm haqqında elektron şəhadətnamələrin verilməsi xidmətinin istifadəsinə başlanılıb

  • + A
  • - A
  • 10-12-2021, 07:49

    Doğum və ölüm haqqında elektron şəhadətnamələrin verilməsi xidmətinin istifadəsinə başlanılıb

    Xəbər verdiyimiz kimi dekabrın 8-də Ədliyyə Nazirliyində vətəndaş cəmiyyəti institutları və KİV nümayəndələrinin iştirakı ilə “Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaş məmnunluğuna xidmət edən ədliyyə islahatları və innovasiyalar” mövzusunda media-tur təşkil olunmaqla “açıq qapı” günü keçirilib.
    Tədbirdə çıxış edən Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova ölkə Prezidentinin rəhbərliyi ilə respublikamızın davamlı sosial-iqtisadi tərəqqisinin, əhalinin rifahının xeyli yüksəlməsinin demoqrafik inkişafa təsir etməklə, doğumun, nikahın və digər vətəndaşlıq vəziyyəti aktlarının operativ, müasir innovasiyalar tətbiq olunmaqla dövlət qeydiyyatının həyata keçirilməsini şərtləndirdiyini bildirib. Bununla əlaqədar 20 milyona qədər sənədin elektronlaşdırılması əsasında yaradılmış “Vətəndaşlıq vəziyyəti aktları” informasiya sisteminin fəaliyyəti nəticəsində əhali barədə məlumatların rəqəmsal idarəedilməsinin mümkün olduğunu vurğulayıb.
    Qeyd edib ki, elektron xidmətlərin göstərilməsi və qlobal pandemiya şəraitində dövlət dəstək proqramlarının operativliyinin təmin edilməsində məlumatların elektronlaşdırılması xüsusi rol oynayıb.
    Dövlət başçısının “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi barədə” Fərmanına əsasən yerli icra nümayəndəliklərinin nazirliyin informasiya sistemlərinə qoşulması, həmçinin bu qurumlarla birgə əhali arasında aparılan maarifləndirmə tədbirləri nəticəsində doğumun qeydiyyatında yüksək əhatəliyin, o cümlədən 9 minə yaxın uşağın doğum haqqında şəhadətnamə ilə təmin edilməsinə nail olunub.
    Bu sahədə tətbiq olunan daha bir yenilik doğum və vəfat etmə faktlarının müraciət gözlənilmədən elektron qaydada qeydə alınması prosedurudur. Səhiyyə Nazirliyinin informasiya sistemi ilə inteqrasiya sayəsində əldə olunan elektron tibbi sənədlər əsasında artıq doğum və ölüm haqqında elektron şəhadətnamələrin verilməsi xidmətinin istifadəsinə başlanılıb.
    Bundan əlavə, ailə münasibətlərinin qorunması istiqamətində Ədliyyə Nazirliyinin təşəbbüsü ilə nikahın pozulması üçün qeydiyyat şöbələrinə müraciət etmiş şəxslər üçün psixoloqların mediasiya xidmətləri təşkil edilir. Görülən tədbirlər nəticəsində söhbətlərə cəlb edilmiş həmin şəxslərin təxminən 40%-i boşanma fikrindən daşınıblar.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR