AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlahiyyat İnstitutunun müəllimi Şəki Tarix və Diyarşünaslıq Muzeyində çıxış edib

  • + A
  • - A
  • 15-12-2021, 12:23


    Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İslamşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Zaur Orucov Şəki Tarix və Diyarşünaslıq Muzeyində “İslam mədəniyyəti və incəsənətinin tarixdəki izləri" mövzusunda çıxış edib.
    Məruzəçi bildirib ki, dövründən və məkanından asılı olmayaraq, insan övladı hər zaman möhtəşəm əsərlər meydana gətirib. Z.Orucov daha sonra qeyd edib ki, hazırda Yer üzərində mövcud olan hər bir din mənsubunda incəsənətin izlərini görmək mümkündür. O, İslam incəsənətinin təzhib, xətt, miniatür və ebru kimi sahələrinin yaranması, tarixi inkişafı və müxtəlif növləri haqqında geniş məlumat verib. Z.Orucov vurğulayıb ki, su üzərində rəsm sənəti kimi böyük şöhrət qazanmış ebrunun tarixi çox qədimdir. O, ebruda istifadə olunan bütün boyaların torpaqdan əldə edildiyini, bir ebrunun yalnız bir dəfə düzəldildiyini nəzərə çatdırıb.
    Məruzəçi çıxışından sonra tədbir iştirakçılarına ebru sənəti və əlyazma əsərlərin bərpası nümunələrini nümayiş etdirib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR