AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nümayəndə heyəti Niderlandda yaşayan Azərbaycanlılar ilə görüş keçirdi.

  • + A
  • - A
  • 7-03-2022, 12:50

    Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nümayəndə heyəti Niderlandda yaşayan Azərbaycanlılar ilə görüş keçirdi.

    06 mart 2022-ci il tarixində Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi, Benilüks Azərbaycanlıları Konqresinin və Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə Avropada yaşayan Azərbaycanlıları ilə görüş keçirildi.

    Görüşdə Azərbaycan Respublikasının Niderland Krallığındakı Fövqəladə və Səlahiyyətli səfiri Fikrət Axundov, Niderland parlamentinin millət vəkili  Tunahan Kuzu, Diaspor təşkilatı rəhbərləri, ictimaiyyət nümayəndələri və həmvətənlilərimiz iştirak etdilər.

    Görüş zamanı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin İdarə Heyətinin qərarına əsasən 44 günlük Vətən Müharibəsində  və postmüharibə dövründə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xüsusi xidmətlərinə görə diaspora fəalları təltif edildi.

    Bundan əlavə "Benilüks" Azərbaycanlıları Konqresi tərəfindən Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nümayəndə heyətinin üzvlərinədə təşkilat tərəfindən fəxri fərman təqdim edildi.

    Qeyd etmək istəyirik ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nümayəndə heyəti fevral ayının 28-dən Avropada işgüzar səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti tərəfindən müxtəlif görüşlər və tədbirlər keçirilmişdir. Görüşlər mart ayının 8-nə qədər davam edəcəkdir.

    Nicat Abbas,
    Mətbuat xidmətinin rəhbəri









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR