Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin 23 fevral tarixində keçirilmiş XV Seçki-Hesabat Qurultayında səs vermə çoxluğu ilə Qalib Əliyev yeni sədr seçildi.
Qalib Əliyev 11 fevral 1981-ci il Bərdə rayonunda anadan olmuşdur. 1987-ci ildə Bərdə rayon Mirzəxan kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub və Bakı şəhəri 96 saylı tam orta məktəbi bitirmişdir. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Dövlət İdarəetmə və Bələdiyyə fakültəsinə daxil olmuş, 2003-cü ildə ali təhsilini başa vurmuşdur. 2003-cü ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmış, 2004-cü ilin iyul ayında isə hərbi xidmətini başa vurmuşdur. Hərbi xidməti başa vurduqdan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.
2020-ci il fevral ayının 12-dən Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin maliyyə şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. 2021-ci ilin əvvəllərindən təşkilatın sədrinin səhhətində yaranmış ağır problemlərdən dolayı idarə heyətinin qərarı ilə növbəti qurultaya qədər sədr səlahiyyətlərini müvəqqəti icra etmişdir. Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin 23 fevral tarixində keçirilmiş XV Seçki-Hesabat Qurultayında səs vermə çoxluğu ilə Qalib Əliyev birliyin yeni sədri seçilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.