AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zaqatalada yol polisləri xanım sürücüləri təbrik ediblər

  • + A
  • - A
  • 8-03-2022, 10:04

    Zaqatalada  yol polisləri xanım sürücüləri təbrik ediblər

    Zaqatalada yol polisi əməkdaşları 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə xanım sürücü və piyadaları təbrik ediblər.
    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhərin küçə və prospektlərində,xüsusilə də mərkəzi yollarda sükan arxasında olan 30-a yaxın qadın sürücü saxlanılıb. Polis əməkdaşları həmin sürücüləri, eləcə də nəqliyyat vasitəsində olan digər zərif cinsin nümayəndələrini, azyaşlıları təbrik edərək onlara gül və müxtəlif hədiyyələr veriblər.
    Keçirilən tədbir zamanı xanım piyadalar da diqqətdən kənarda qalmayıb. Asayiş keşikçiləri onları da bayram münasibətilə çiçək və müxtəlif hədiyyələrlə təbrik ediblər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR