AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Torpaq çərşənbəsi günündə 22 min ağac əkilib

  • + A
  • - A
  • 16-03-2022, 08:10

    Torpaq çərşənbəsi günündə 22 min ağac əkilib

    Torpaq çərşənbəsində, Novruzun ən əlamətdar günündə ağacəkmə ənənəsini davam etdirdik, genişmiqyaslı ağacəkmə tədbirləri və ting paylama aksiyaları ilə ilaxır çərşənbəni qeyd etdik. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.

    O qeyd edib ki, ilaxır çərşənbə günü ağacəkmə tədbirləri Bakının Xocasən qəsəbəsində, eyni zamanda, Zaqatala, Şəki, Ağstafa, Şirvan, Masallı rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında keçirildi və ümumilikdə 22 000 müxtəlif cinsli ağac əkilərək yaşıllaşdırma ənənəsinin davam etməsinə bir daha töhfə verildi.

    “Vətəndaşlarımızı da ağac əkməyə təşviq etmək məqsədilə bu gün əhaliyə Nazirliyin tinglik sahələrində yetişdirilən müxtəlif cinsli ağac tingləri hədiyyə edildi”.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR