AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MEDİA və ADA Universiteti arasında memorandum imzalandı

  • + A
  • - A
  • 17-03-2022, 15:00

    MEDİA və ADA Universiteti arasında memorandum imzalandı


    17 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

    MEDİA-dan AzadMedia.az a verilən məlumata görə, sənədin imzalanmasında məqsəd ADA Universiteti və MEDİA Agentliyi arasında müştərək layihələrin reallaşdırılması istiqamətində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, elmi-praktiki tədbirlərin, tələbələrin təcrübi biliklərinin artırılması, habelə media sahəsində mütəxəssislərin hazırlanması və onların əlavə təhsilinin təşkil edilməsidir.

    Sənədi Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar.

    Memoranduma əsasən, tədris ili ərzində istehsalat təcrübəsinin və yay təcrübə proqramlarının keçirilməsi, bununla yanaşı təhsil sahəsində müasir texnologiyaların və elmi inkişafın istifadəsində qarşılıqlı əlaqələndirmənin təmin edilməsi nəzərdə tutulub.

    Memorandum çərçivəsində tərəflərin nümayəndələrinin iştirakı ilə birgə layihə və tədqiqatlar həyata keçiriləcək, konfranslar, təlimlər və seminarlar təşkil ediləcək.

    Əməkdaşlıq memorandumu tələbələri MEDİA Agentliyinin fəaliyyəti və mövcud olan vəzifələr haqqında məlumatlandırmaq məqsədilə Universitetdə “Karyera günləri”nin keçirilməsini də nəzərdə tutur. Həmçinin tələbələrin kurs və buraxılış işləri, magistrantların dissertasiya mövzuları Agentliyin həyata keçirdiyi layihələrin məzmunu ilə əlaqələndiriləcək.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR