Pandemiya ilə əlaqədar mövcud şərait davam edərsə, "Son zəng" tədbirləri ənənəvi qaydaya yaxın formatda keçirilə bilər.
Azadmedia.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, bu haqda danışmaq hələ tezdir.
"Pandemiya ilə əlaqədar mövcud şərait davam edərsə, mərasimlər ənənəvi qaydaya yaxın formatda keçirilə bilər. Tədris ilinin başa çatmasına 2 aya yaxın vaxt var. Ümumiyyətlə, bu tip qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mövcud vəziyyətə uyğun olaraq verilir", - deyə o əlavə edib
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.