Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Birləşmiş Millətlər Təşkilatı arasında bu il iyunun 13-də memarumdum imzalanacaq.
Azadmedia.az-ın məlumatına görə bunu Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı Direktoru Aygün Əliyeva “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
A.Əliyeva bildirib ki, Agentlik bir ilə yaxındır ki, fəaliyyət göstərir.
"Biz artıq 6 aydır görüşlər keçirik. Bu yaxınlarda Qubada regional konfrans keçirdik. Orda QHT-lərlə görüşlər keçirdik. Vəziyyət bizim istədiyim kimi deyil, qənaətbəxş sayılmır", - A. Əliyeva deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.