Elektron məhkəmə sisteminin, Mediasiya Şurasının yaradılmasının əhəmiyyəti böyükdür.
Azadmedia.az-ın məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı ofisinin müşaviri Şəms Mustafayeva "Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O bildirib ki, əhalinin ən həssas qruplarının hüquqlarının qorunması, onların ədalətə olan çıxışı bizim üçün çox önəmlidir, BMT üçün əsasdır.
"BMT və Azərbaycan tərəfindən 2021-2025-ci illər bağlı saziş mərhələli şəkildə həyata keçirilir. Bizim ölkədə həssas qrupların ədalət çıxışı təmin olunması istiqamətində işlər aparılır. Bu məqsədlə bizim Qeyri Hökmət Təşkilatları ilə və Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi sıx əməkdaşlıq edirik. Yaxın vaxtlarda Agentliklə momerandium imzalanacaq", - müşavir deyib.
O qeyd edib ki, həmçinin Azərbaycan höküməti Dayanıqlı inkişaf Məqsədlərinə böyük önəm verir:
"Azərbaycan hökuməti indiyə qədər də hesabatlar verib. Bu yaxınlarda Azərbaycan höküməti yeni hesabatını verməyə hazırlaşır. Bu da onu göstərir ki, Azərbaycan hökümətinin Dayanıqlı İnkişada sadəqəti çox möhkəmdir. Hökümət məsələni çox ciddi qəbul edir. Düşünürəm 2030-cu ilə qədər Azərbaycan bu məsələrdə dünyada ən qabaqda olan ölkələrdən olacaq".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.