AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tezliklə Azərbaycanda mobil qanunvericilik tətbiqi istifadəyə veriləcək

  • + A
  • - A
  • 23-05-2022, 12:37

    Tezliklə Azərbaycanda mobil qanunvericilik tətbiqi istifadəyə veriləcək

    Yaxın vaxtlarda Azərbaycanda mobil qanunvericilik tətbiqi istifadəyə veriləcək.
    Azadmedia.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
    O bildirib ki, bu tətbiq vasitəsilə vətəndaşlar qanunvericilk aktları, sənədlərlə tanış ola biləcəklər.
    "Həmçinin doğum və ölümün dəqiq statistikasının aparılması da çox vacibdir. Pandemiya dövründə biz bununla bağlı çəinliklərlə üzləşdik. Nəticədə biz bununla bağlı çox vacib işlər gördük. Vurğulayım ki, hazırda doğum və ölümün statistikasının aparılması ilə bağlı heç bir problem yoxdur. Bu halların dəqiqələr içində uçotu aparılır”, - idarə rəisi deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR