AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Doğumu qeydə alınmayan, Ədliyyə nazirliyi tərəfindən aşkar edilmiş uşaqların sayı açıqlandı

  • + A
  • - A
  • 23-05-2022, 13:30

    Doğumu qeydə alınmayan, Ədliyyə nazirliyi tərəfindən aşkar edilmiş uşaqların sayı açıqlandı

    Son 5 il ərzində qeydiyyat şöbələri tərəfindən əvvəlki illərdə doğulmuş və doğumu dövlət qeydiyyatına alınmamış uşaqların doğumunun qeydə alınmasına dair statistikası açıqlanıb.
    Azadmedia.az-ın məlumatına görə, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə bildirib ki, 2018-ci ilə 2167 belə hal olub: "Onlardan 2054-ü aşkarlanıb. 2019-cu ildə bu rəqəm 1980 olub, 1813 aşkarlanıb. 2020-ci ildə doğumu qeydə alınmayan uşaqlarının sayı 1312 olub, onlardan 1205 fakt aşkar edilib. 2021-ci ildən sonra isə bu hallar müəyyən qədər azalıb. 2021-ci ildə 972 uşağın doğum haqda qeydiyyatı olmayıb, onlardan 937- i aşkar edilib. Bu il mayın 1-ə qədər isə bu rəqəm 449-dur. Onlardan 421- aşkar edilərək qeydiyyata götürülüb."


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR