AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ötən il 211 dövlət qulluqçusu işdən çıxarılıb

  • + A
  • - A
  • 1-06-2022, 20:20

    Ötən il 211 dövlət qulluqçusu işdən çıxarılıb


    “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun müddəalarının tələblərini pozan 700 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib.

    Bu barədə dövlət qulluqçularının etik davranış qaydaları haqqında 2021-ci il üzrə hesabatında qeyd olunub.

    Bildirilib ki, həmin intizam tənbeh tədbirlərindən 513-ü mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 187-si isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilib.

    Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında tətbiq edilmiş 700 intizam tənbeh tədbirindən 266-sı töhmət, 211-i dövlət qulluğundan azad edilmə, 11-i həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 4-ü vəzifə maaşının azaldılması, 2-si daha aşağı təsnifatdan olan vəzifəyə keçirilmə olub.

    Mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında tətbiq edilmiş 513 intizam tənbeh tədbirindən 197-si dövlət qulluğundan azad edilmə, 101-i töhmət, 11-i həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 4-ü vəzifə maaşının azaldılması, 2-si daha aşağı təsnifatdan olan vəzifəyə keçirilmə olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR