AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Respublikasının Prokurorluğunun beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı uğurla davam etdirilir

  • + A
  • - A
  • 7-06-2022, 13:19

    Azərbaycan Respublikasının Prokurorluğunun beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı uğurla davam etdirilir

    Cari ilin 01-03 iyun tarixlərində Serbiya Respublikasının Belqrad şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən yaradılmış “Təmiz İpək Yolu Pekin Təşəbbüsü” Şəbəkəsinin 3-cü iclası keçirilmişdir.
    2019-cu ildə Çin Xalq Respublikasının Pekin şəhərində təşkil olunmuş İkinci “Bir Kəmər, Bir Yol- Beynəlxalq Əməkdaşlıq Forumu” zamanı irəli sürülən “Təmiz İpək Yolu Pekin Təşəbbüsü” BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının icrasına dəstək məqsədi ilə sözügedən region ölkələrində beynəlxalq infrastruktur layihələrinin korrupsiyadan azad iqtisadi mühitlərdə maneəsiz inkişafı və şəffaf nəzarət mexanizmlərinə malik milli təsisatların təşviqi çağırışlarına uyğun olaraq yaradılmış bir layihədir.

    BMT nümayəndələri, habelə, Türkiyə, Çin, İran, Albaniya, Qazaxıstan, Monqolustan, Qırğızıstan və digər dövlətlərin təmsilçilərinin qatıldığı tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi Saleh Hacıyev və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Kamil Kamilli təmsil etmişlər.
    Beynəlxalq investisiyalar sahəsində korrupsiya risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə edilməsi, sözügedən sahədə korrupsiya hüquqpozmalarının qarşısının alınması üçün həyata keçirilməli olan preventiv tədbirlər, eləcə də həmin hallarla bağlı cinayət işlərinin istintaqının xarakterik xüsusiyyətləri kimi mövzular ətrafında geniş müzakirələrin aparıldığı görüşün birinci sessiyasında beynəlxalq ekspertlər tərəfindən qeyd olunan mövzular üzrə geniş təqdimatlar həyata keçirilərək iştirakçılara müvafiq sahə üzrə mövcud səmərəli təcrübə barədə ətraflı məlumatlar verilmişdir.
    Tədbirin ikinci sessiyasında isə beynəlxalq investisiyalar sahəsində baş vermiş korrupsiya hüquqpozmalarının müəyyən edilərək qarşısının alınması mövzusunda ekspertlər tərəfindən təqdim edilmiş praktiki məsələlər nümayəndələrimiz tərəfindən həll edilmiş, habelə sözügedən məsələlər üzrə ölkəmizdə mövcud istintaq təcrübəsi barədə görüş iştirakçıları məlumatlandırılmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR