AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vətən Müharibəsi Qəhrəmanın adını daşıyan liseydə ekoloji tədbir keçirilib - FOTO

  • + A
  • - A
  • 30-09-2022, 16:25

    Vətən Müharibəsi Qəhrəmanın adını daşıyan liseydə ekoloji tədbir keçirilib - FOTO

    Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun adını daşıyan Peşə liseyində əsasən kənd təsərrüfatı ixtisasları öyrədilir. Liseyin məzunları bütün gələcək fəaliyyətləri boyu ətraf mühitlə, hava, su, torpaqla müxtəlif münasibətlərdə olacaqlar.

    Ona görə də liseyin şagirdləri arasında “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Kür çayı ərazilərində ətraf mühitin qorunması istiqamətində maarifləndirici tədbirlərin təşkilinə dəstək” layihəsinin təbliği xüsusi əhəmiyyət daşımışdır.

    Liseydə keçirilən dəyirmi masada şagirdlərlə yanaşı rayon İcra Hakimiyyəti yanında yaradılmış ictimai şura üzvləri, şəhər sakinləri, QHT və yerli mətbuatın təmsilçiləri iştirak etmişlər. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə igidlik göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. “Ana Kür” İctimai Birliyinin sədri, layihə rəhbəri Rüstəm Məlikov çıxış edərək Kür çayının Salyan şəhərinin ərazisindən keçən hissəsində mövcud ekoloji vəziyət barədə məlumat vermiş, layihənin ideyasının həyata keçirilməsi üçün görülən maarifləndirici tədbirlərin mahiyyətindən danışmışdır.

    Liseyin direktor əvəzi Elşad Xəlilov, şəhər sakini,rayon təbiəti mühafizə cəmiyyətinin sədri Məmməd Rzayev, Əməkdar müəllim Allahverdi Piriyev çıxış edərək respublikamızın ən böyük çayı olan “Kür”ün indiki dövrdə sululuq səviyyəsi və içmək üçün yararlılıq vəziyyəti barədə danışmış və qeyd etmişlər ki, çayın suyu nəinki Ümumdünya Səhiyyə Təşkilatının standartlarına, heç texniki tələblərə belə çavab vermir. Ona görə də yaranmışvəziyyət hər birimizi ciddi düşündürməlidir. Cayda nadir balıq növləri, sahillərində isə zəngin Tuğay meşələri, ərazinin digər fauna və flora aləmi demək olar ki, məhv olmuşdur. Təəssüf ki, mövcud vəziyyəti bərpa etmək səyləri istənilən nəticəni vermir. İnsan və ətraf mühit münasibətlərinə aid olan bu məsələ təkcə bizdə deyil, bütövlükdə, dünyada qlobal xarakter daşımaqdadır.Dəyirmi masa diskussiya şəraitində keşmiş, şagirdləri maraqlandıran suallara cavablar çavablandırmışlar.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR