AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İcra hakimiyyəti çirkaba görə sakinləri günahlandırır

  • + A
  • - A
  • 3-10-2022, 17:30

    İcra hakimiyyəti çirkaba görə sakinləri günahlandırır


    Xəbər verdiyimiz kimi, Gəncədə bir neçə küçədən keçən “Xan arx”ı kanalının daşması nəticəsində kanalizasiya suları yollarda çətin vəziyyət yaradıb. Tullantı dolu su küçələrdə nəqliyyatın və piyadaların hərəkətini çətinləşdirib.

    Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən cavab olaraq bildirilib ki, arxın daşmasına səbəb yerli sakinlərdir:

    “Xan arxı”nın daşmasına səbəb arxın sakinlər tərəfindən çirkləndirilməsidir. Aidiyyəti qurumlar tərəfindən "Xan arxı"nın mütəmadi qaydada təmizlənməsinə baxmayaraq, ərazidə yaşayan sakinlər tərəfindən məişət tullantılarının "Xan arxı"na atılması prosesi davam edir ki, bu da vaxtaşırı bu kimi halların yaşanmasına gətirib çıxarır”, - məlumatda qeyd edilib.

    Xatırladaq ki, məsələ ilə bağlı Göygöl Suvarma Sistemləri İdarəsinin açıqlamasında kanalın üstünün örtülməsinin hələ ki, gündəmdə olmadığı bildirilmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR