Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən “Sabahın alimləri” Respublika müsabiqəsi keçirilir. Bu ilin fevral ayında yekunlaşan növbəti müsabiqədə IX-XI siniflərdə təhsil alan 84 şagird (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarəolunması, kompüter elmləri, mühəndislik üzrə) I, II və III yerlərin qalibi olub. Qalib şagirdlərin hər birinə Təhsil Nazirliyi adından diplom və hədiyyələr təqdim edilib. May ayında şagirdlərin bir qisminə həm də Təhsil Nazirliyinin pul mükafatı verilib, digər bir hissəsinə isə ödənişin Gənclər və idman nazirliyi tərəfindən ödəniləcəyi bildirilib. Bundan sonra Gənclər və idman nazirliyinin əməkdaşları ödəniş ediləcək qalib şagirdlərdən ibarət vatsap qrupu yaradaraq onların hər birindən bank rekvizitləri istəyib. Tələb olunan sənədlər may ayı ərzində aidiyyəti üzrə tədim edilsə də, adıçəkilən nazirlik qeyd edilən vəsaiti bu günədək ödəməyib. İlkin vaxtlarda ödənişin ləngiməsinə səbəb kimi rekvizitlərin çatışmazlığı göstərilsə də, sonradan Gənclər və idman nazirliyinin əməkdaşlarının da olduğu vatsap qrupunda ödənişlə bağlı həvəslə mükafatlarını gözləyən şagirdlərin yazdıqları ismarıclar cavabsız qalıb.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.