AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili: "Müəllimi elə sındırıblar ki, uşağa söz deməyə risk etmir"

  • + A
  • - A
  • 4-10-2022, 12:51

    Millət vəkili: "Müəllimi elə sındırıblar ki, uşağa söz deməyə risk etmir"

    112 nömrəli məktəbdə baş verən hadisə cəmiyyətdə geniş rezonansa səbəb olub. Məsələyə hər kəsin fərqli münasibəti var. İctimai-siyasi hadisələrə heç vaxt laqeyd qalmayan millət vəkili Fazil Mustafa da məsələyə münasibət bildirib, müəllimlərin fəaliyyətinin çərçivəyə salınmasının fəsadlarından söz açıb. Azadmedia.az millət vəkili Fazil Mustafanın fikirlərini təqdim edir:
    "Məktəbdə zorakılıq səhnəsini ürək ağrısı ilə seyr edirsən. Kimi suçlayasan? Ev, valideyin, məktəb, müəllim, direktor, sinifdəki şagirdlər, nazirlik, döyən, hətta döyülən- hamısının bu şəraitin yaranmasında günah payını tapa bilərsiniz. Ancaq ən əsas olan boşluq- müəllim avtoritetinin olmamasıdır. Müəllimi elə sındırıblar ki, uşağa söz deməyə risk etmir. Əsas işi də səhərdən-axşamacan yazı yazmaq, yaxud da sertifikasiyaya hazırlaşmaqdır. Praktik olaraq hər şagirdə diqqət yetirmək imkanı olmur. Bu cür köntöy şagirdlər, eləcə də məzlum şagirdlər hər məktəbdə var. Ancaq səviyyəli idarərtmə olan məktəblərdə məktəbin təlim-tərbiyə standartlarına hamısı tabe olur. Videonu çəkən, eləcə də aralaşdırmağa cəhd etməyənlərin də biganəlikləri düşündürücüdür. Bu cür videoları uşaqların üzlərini qapadaraq paylaşmaq zəruri idi. Ancaq mütləq paylaşılmalıdır ki, gerçək vəziyyətin cüzi bir qismi ilə cəmiyyət tanış olsun. Bəs digər zorakılıqlar barədə aşkarlıq varmı? Cinsi və ya maddi zorakılıqlar, hamiləlik, pedofiliya, narkomaniya faktları da məktəblərimizdə yetərincə qulağımıza çatır. Tədbir-filan görülməsi boş şeydir, müstəqillik dövrümüzdə sanki məqsədyönlü şəkildə təhsilə ancaq pul qazanma yeri kimi baxılmasının yekun tablosudur bu. Burada vəziyyətin daha faciəli yön almaması üçün müəllimin sələhiyyətləri, sinifə müdaxilə imkanları artırılmadıdır. Münki, güclü direktorun olması da, hər bir detala nəzarət etməyə yetərli sayılmaz. Müəllim güclü, xarakterli və səlahiyyətli olmalıdır. Başlıcası da sinifə hakim olmalıdır. Ancaq bu səlahiyyət valideynlərdən hədiyyə, pul qoparmaq fürsəti kimi anlaşılmamalıdır.
    Son vaxtlar heç bir quruma, vəzifəli şəxsə təklif verməyi dayandırmışam. Səbəb sadədir: Azərbaycan dilində dediklərim anlaşılmır. Başqa dildə də yazmağıma və ya söyləməyimə Konstitusiyamız izin vermir.
    Harada qalmışıq? Köhnə dərsdə. Səhifələri geriyə çevirməyə davam edək".

    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR