AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şagird sıxlığı keyfiyyətə bilavasitə təsir göstərir - Ekspertlərdən ETİRAZ

  • + A
  • - A
  • 15-12-2022, 17:36

    Şagird sıxlığı keyfiyyətə bilavasitə təsir göstərir - Ekspertlərdən ETİRAZ

    Elm və Təhsil naziri Emin Əmrullayev bildirib ki, sinifdə şagird sıxlığı təhsilin keyfiyyətinə təsir göstərmir. Bu fikirlər cəmiyyərdə etirazla qarşılanıb. Azadmedia.az Tərəqqi medallı jurnalist Zülfiyyə Quliyevanın və təhsil eksperti Kamran Əsədovun fikirlərini təqdim edir:

    Zülfiyyə Quliyeva, Tərəqqi medallı jurnalist:
    "Elm və Təhsil naziri Emin Əmrullayev deyib ki, sinifdə şagird sıxlığı təhsilin keyfiyyətinə təsir göstərmir. Şagird sıxlığı çox olan məktəbin məzunları Daşkəsəndə şagird sayı az olan məktəblərin məzunlarından yaxşı nəticə göstəriblər) Mən təhsil eksperti deyiləm. Amma uzun illər təhsil sahəsindən yazıram. Çox yaxşı bilirəm ki, Bakıda şagird sıxlığı çox olan siniflərdə yüksək nəticə təkcə məktəbin öz nəticəsi deyil. Bunu nazir bilmirmi? Güman etmirəm ki, bilmir. Məncə nazir də bilir ki, paytaxtda, iri şəhərlərdə valideynlər repetitor hazırlığına pul ödəməkdən dəridən-qabıqdan çıxır. Razıyam ki, günümüzün acı reallığına çevrilmiş repetitor asılılığı təkcə Elm və Təhsil Nazirliyindən asılı məsələ deyil. Burada dərsliklərə salınan mövzular, dərsliklərin dili, xüsisilə ali məktəblərə qəbul imtahının modeli böyük rol oynayır. Yəni nazirlikdən çox Dövlət İmtahan Mərkəzinin tətbiq etdiyi imtahan modelinin böyük rolu var. Bu gün repetitorlar öz işlərini DİM-in imtahan modelinə uyğun qurublar. Onların vəsaitləri əsasında şagirdləri öyrədirlər. Ona görə valideyn məcburdur ki, uşağın gələcəyi naminə repetitora müraciət etsin. Amma şagird sıxlığı çox olan məktəblərdə yaxşı nəticəni o məktəbin göstəricisi kimi cəmiyyətə sırımaq düzgün deyil. Cənab nazir bunu ört-basdır etməkdənsə reallığı açıb deməli, təhsilə bağlı digər qurumlarla vəziyyətdən çıxış yolunu axtarmalıdır. Əks halda bizdən sonra gələn nəsil də repetitorluqdan asılı olacaq. Tanıdığım N qədər qohum, dost-tanış var ki, övladını rayon məktəblərinə yerdəyişmə edib, uşaq Bakıda hazırlıq kursuna, repetitor yanına gedir. Beləcə şagirdlər məktəb mühitindən uzaq düşürlər. Halbuki, məktəbin uşağın formalaşmasında, tərbiyəsində, sosiallaşmasında böyük rolu var. Biz bu gün uşaqlarımızı hazırlıq naminə bu mühitdən uzaqlaşdırmaq məcburiyyətində qalmışıq. Bu çox ciddi problemdir. Məktəbləri atestat verən müəssisə imicindən xilas etmək lazımdır. İnanıram ki, Emin müəllim çalışsa bunu edə bilər. Məktəblərə sertifikasiyadan keçmiş, savadlı müəllimlər cəlb edilir. Bu çox gözəl addımdır. Amma elə etmək lazımdır ki, o savadlı müəllimlər məktəbdəki dərsi yola verib əsas enerjisini hazırlığa saxlamasın. Məktəblərin, müəllimlərin üzərinə məsuliyyət qoyulsun. Dərsliklərə də əl gəzdirilsin. Uşaqların yaşı, zehni qavraması nəzərə alınsın".
    Nazirin fikri: "Şagird sıxlığı ilə təhsil keyfiyyəti arasında elə də böyük əlaqə yoxdur. Sinifdə 15 uşaq olanda uşaq yaxşı oxuyacaq, 25 uşaq olanda pis oxuyacaq deyə bir şey yoxdur. Sinqapurda sinifdə təhsilin keyfiyyətini müəyyən edən əsas faktor müəllimdir. Təbii ki, 70 nəfərdən danışmıram, 15 və 25 nəfər arasındakı fərqdən danışıram. Sinqapur təhsil sisteminə baxsaq, onlarda şagird sıxlığı bizdən daha çoxdur. 15 % sinfimizdə 40-dan çox uşaq var, bunlar da daha yaxşı nəticə göstərən məktəblərdir. Məsələn, Daşkəsəndə hər sinifdə 5-10 uşaq var, amma bu, onların yaxşı nəticə göstərdiyini deməyə əsas vermir".

    Kamran Əsədov, təhsil üzrə ekspert:
    "Əhalinin artımına paralel olaraq məktəblərin ehtiyacı qarşılayacaq
    sayda olmaması təhsilin keyfiyyəti baxımından mənfi haldır. Məktəblərin kifayət qədər olmaması şagirdlərin sayının çox olduğu siniflərin yaranmasına səbəb olur və dərs mövzusunun tədris
    prosesi üçün nəzərdə tutulan müddətdə öyrədilə bilməməsi kimi mənfi nəticə doğurur. Müəllim materialı tədris prosesində mənimsətməlidir.
    Amma şagird sayının həddən artıq çox olması bu işə mane ola bilər. Məsələn, 30 şagirdin olduğu bir sinifdə hər şagirdə təqribən 1,5 dəqiqə vaxt düşür. Hazırda təhsildə fərdi yanaşmaya böyük ehtiyac duyulduğunu nəzərə alaraq siniflər üzrə şagird sayının tənzimlənməsi səmərəli nəticə verə bilər. Əks halda, şagird sayının sıx olduğu siniflərdə tədris prosesini tam şəkildə həyata keçirmək mümkün olmadığından, keyfiyyət aşağı düşür.

    Factors affecting the quality of education-a baxsaz görər və bilərsiniz ki, şagird sıxlığı keyfiyyətə bilavasitə təsir göstərir".
    Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR