Tez-tez sosial şəbəkələrdə, istərsə də, şəxsi mesaj qutuma xarici ölkə vətəndaşlarıyla ailə quran həmvətənlərimiz yazır, ailə başçısının biri xarici vətəndaş olarsa,övladlığa uşaq götürmənin mümkün olub-olmaması ilə maraqlanır. Bir dəfə, hətta azərbaycanlı xanımla ailə quran Türkiyə vətəndaşı yazmışdı bu sualı mənə və israrla bir neçə dəfə yazıb xahiş etdi ki, suala rəsmi cavab alıb onu məlumatlandırım.
Azadmedia.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Ailə başçılarından biri xarici vətəndaş olarsa, övladlığa götürmə mümkündürmü?" sualına cavabı təqdim edir:
"Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.24.-maddəsinə uyğun olaraq, ər-arvaddan biri əcnəbi olan nikahda olan şəxs (qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla) tərəfindən övladlığa götürmə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürməyə bərabər tutulur. Həmçinin bu tələbə cavab verən şəxslər övladlığagötürmə üçün müraciət edə bilərlər. Eyni zamanda həmin Məcəllənin 120.5.-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin mülkiyyətində, orada yaşayan hər bir şəxs nəzərə alınmaqla yerləşdiyi ölkənin müvafiq qanunvericiliyinə əsasən minimum normadan az olmayan yaşayış sahəsi olmalıdır.
Qeyd edək ki, mövzu ilə bağlı əlavə suallarınız olarsa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin
e-sosial.az internet protalı, 142 Çağrı Mərkəzi, Sosial Xidmətlər Agentliyinin 116123 Qayğı Çağrı Mərkəzi və 0125254130 nömrəsi vasitəsi ilə müraciət üzrə suallara cavab tapmaq mümkündür".
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.