AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrində məişət zorakılığının profilaktikası istiqamətində tədbirlər keçiriləcək

  • + A
  • - A
  • 16-02-2023, 10:50

    Xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrində məişət zorakılığının profilaktikası istiqamətində tədbirlər keçiriləcək

    “Autizm Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrində məişət zorakılığının profilaktikası və bu kimi ailələrdə sosial rolların düzgün bölüşdürülməsinin təşviq edilməsi” layihəsinin icrasına başlayıb.
    Layihə rəhbəri Elnur Məmmədlinin Azadmedia.az-a verdiyi məlumata görə cari ilin 01 fevral – 01 iyun tarixlərində icra ediləcək layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrində baş verməsi mümkün ola bilən məişət zorakılığı hallarının profilaktikasına və valideynlər arasında sosial rolların düzgün bölüşdürülməsinə nail olmaqdır. Müəyyən olunmuş məqsədə çatmaq üçün layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrində baş verən zorakılıq halları öyrəniləcək və onların qarşısının alınması yolları araşdırılacaq, həmin kateqoriyadan olan uşaqlarla bağlı həyata keçirilən reabilitasiya işlərində və ailədaxili münasibətlərdə zorakılıq hallarından azad davranışların təşviq edilməsi üçün maarifləndirmə tədbirləri keçiriləcəkdir.
    Layihənin icra qrupu xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı həyata keçirilən reabilitasiya işlərində, ailədaxili münasibətlərdə zorakılıq hallarından azad davranışların bərqərar olunması barədə metodik tövsiyə nəşr etdirəcək. Bundan başqa layihənin hədəf qrupları üçün xüsusi qayğıya ehtiyacı olan şəxslərin bölgüsünə uyğun olaraq 4 mövzuda tematik təlimlər keçiriləcək və həmin şəxslərin ailələrində reabilitasiya işinin düzgün aparılması üçün psixoloji dəstəyə ehtiyacı olan ən azı 100 nəfər valideynə psixoloji məsləhətlər veriləcəkdir.
    Bununla yanaşı layihə çərçivəsində hədəf qruplarının iştirakı ilə tematik təlimlər keçiriləcək və ailə üzvləri tərəfindən reabilitasiya işinin düzgün aparılması üçün psixoloji dəstəyə ehtiyacı olan valideynlərə psixoloji məsləhətlər veriləcəkdir.
    Layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı işləyən qeyri-hökumət təşkilatları, özəl mərkəzlər və müəssisələrlə sıx əməkdaşlıq olunacaqdır.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR