8 mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə barəsində azadlığın məhdudlaşdırılması ilə bağlı hökm çıxarılan qadın məhkumlara pulsuz hüquqi yardım göstərilməsi zamanı verilən suallardan biri məhkum xanımların əlilliyin təyin edilmə qaydası ilə bağlı idi.
Məhkum xanımların əlilliyi necə təyin olunur? Azadmedia.az bu sualla Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Tural Qurbanova müraciət etdi. Şöbə müdiri sorğumuza cavab olaraq bildirdi ki,
məhkumluğu olan şəxs əlilliyinin qiymətləndirilməsi üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müayinələrdən keçməlidir. Əlilliyə əsas verən ağırlaşmalar olduğu halda Xidmətin tibb müəssisəsi tərəfindən vətəndaşın hazırkı sağlamlıq vəziyyəti qeyd edillən F88 sənədi rəsmiləşdirilərək, elektron qaydada Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilir. Məhz bundan sonra vətəndaşın əlilliyi qanunvericiliyə uyğun olaraq 15 iş günü ərzində qiymətləndirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.