Su balansının hazırlanması 3 ildir davam edir. 7-8 ildir ölkədə quraqlıq davam edir. Son 5 illə müqayisədə Mingəçevir Su Anbarında 40 faiz azalma var. Çıxış yolu sudan qənaətlə istifadə olunmasıdır. Bu məsələlərdə dövlət öz tənzimləyici tədbirlərini görsə də, özümüzdən də çox şey asılıdır. Mərkəzi Avropa ölkəlırində suya qənaət üçün cərimələr çoxdu, gələcəkdə biz də məcbur olacağıq ki, cərimələrin məbləğini artıraq. Azadmedia.az xəbər verir ki bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "ÖLKƏDƏ SU QITLIĞININ SƏBƏBLƏRİ VƏ MÖVCUD VƏZİYYƏT” mövzusunda keçirilən brifinq zamanı deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.