AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Suyun israfçılıqla istifadə edilməsi İnzibati Xətalarla tənzimlənəcək

  • + A
  • - A
  • 27-05-2023, 17:04

    Suyun israfçılıqla istifadə edilməsi İnzibati Xətalarla tənzimlənəcək

    Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC-də içməli sudan səmərəli və qənaətlə istifadənin təmin olunması, sudan qanunsuz istifadə hallarının aradan qaldırılması, bu sahədə qanunvericiliyin tələbləri və maarifləndirmə tədbirlərinə həsr olunmuş brifinq keçirilib.
    Brifinqdə “Azərsu” ASC-nin Hüquq departamentinin rəis müavini Nofəl Bağırzadə su təchizatı sahəsində qanunvericiliyin tələbləri və onun pozulması halları barədə məlumat verib. Bildirib ki, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qanunsuz hesab edilir. Belə hallar aşkar edildikdə, su təchizatı müəssisəsi qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir.
    Suyun israfçılıqla istifadə edilməsi və qanunsuz qoşulmaqla suyun talanması ilə bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsi ilə məsuliyyət nəzərdə tutulub. Sudan istifadə qaydalarına əsasən, su təchizatı sisteminə qanunsuz qoşulma halları aşkar edildikdə, qanunsuz xətti dərhal su təchizatı dayandırılmalı və dəymiş zərərin ödənilməsi tələb edilməlidir. Sudan qanunsuz və israfçılıqla istifadə edənlər bəzi hallarda bu tədbirlərin görülməsinə meneə yaratmağa cəhd edirlər. Bu kimi hallara yol verən şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsində müəyyən cərimələr nəzərdə tutulub. Eyni zamanda sudan qanunsuz istifadə ilə bağlı Cinayət Məcəlləsində də məsuliyyət nəzərdə tutulub. Məcəlləyə əsasən talanmış suyun dəyərindən asıllı olaraq bu hallara yol vermiş şəxslər inzibati qaydada cərimə olunmaqla yanaşı, islah işləri, azadlığın məhdudlaşdırılması, hətta xüsusi ilə külli miqdarda ziyan vurduqda azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Xidmət haqqını ödəməməklə və sudan qanunsuz istifadə etməklə bir sıra şəxslər bununla davamlı su təchizatının təmin edilməsinə maneə yaradır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR