Bayılda tıxacların olması normal hala çevrilib. Bayıl sakinləri hər səhər və axşam evdən işə, işdən evə necə qayıdır, bunu onların sosial şəbəkə hesablarından aydın görmək olur. Təəssüf ki, vəziyyət düzəlmək əvəzinə daha da pisləşir. Bu gün günün günorta çağı, kəskin istidə yenə Bayıldan şəhər tərəfə tıxaclar və gözləməkdən bezib qızmar günəş altında piyada üzü şəhərə yol alan vətəndaşların görüntülərini təəssüflə izlədik.
Nə etməli? Bakını tıxaclardan necə xilas edə bilərik? Azadmedia.az nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyevin tıxacdan çıxış üçün səsləndirdiyi təklifləri təqdim edir:
Bir çox efirlərdə avtobus sayın artırın çağırış eşidirəm. Sirr deyil bunu deyən əsasən avtobusdan istifadə etməyən kəsimlərdir, yanlış fikir formalaşdıranlardır.
Avtobusun ayrılmış zolağı olmalı və funksionallığı təmin edilməlidir! (sərt nəzarət etməklə) Avtobus tıxacda dayanmamalıdır!
Olan avtobus parkının səmərəli işləməsi üçün onların küçələrdə üstünlüyü təmin edilməlidir.
Zona saatlıq parking sistemi də öz yerində. Şəhər mərkəzində parklanma baha olmalıdır!Ekspert qeyd edir ki, zolaqların ensizləşdirib artıq qalan sahədə mikromobillik vasitələri (skuter,velosiped) üçün şəbəkənin yaradılması 1-5 km məsafəlik səfərlər üçün alternativ yaratmış olacaq.
R.Ağamirzəyevin fikrincə ikinci mərhələdə yüngül relsli dəmiryol şəbəkisin tikintisi və inteqrasiyasının təmin edilməsiylə şəhər mühitinin nəqliyyat strukturunu kökündən dəyişmək mümkündür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.