AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tullantıların düzgün idarə olunmamasına görə iaşə obyektlərinin cavabdeh şəxsləri cərimələnib

  • + A
  • - A
  • 10-08-2023, 16:09

    Tullantıların düzgün idarə olunmamasına görə iaşə obyektlərinin cavabdeh şəxsləri cərimələnib

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Tovuz rayonu ərazisində fəaliyyət göstərən “Tural”, “Yurd yeri”, “Fındıqlı” və “Nəvələr” istirahət mərkəzlərindən ətrafa tullantıların atıldığı və çirkab suların axıdıldığı müəyyən edilib.

    Xidmət rəsmisi Xaliq Mirzəyev Azadmedia.az-a bildirib ki, faktlarla bağlı “Tural” istirahət mərkəzinin icarədarı Əlixan Tağıyev, “Yurd yeri” istirahət mərkəzinin cavabdeh şəxsi Afiq İsmayılov, “Fındıqlı” istirahət mərkəzinin səlahiyyətli nümayəndəsi Arif Hümbətov və “Nəvələr “ istirahət mərkəzinin iş icraçısı Xanoğlan Qasımov barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

    “Gələcəkdə belə hallara yol verilməməsi üçün iaşə obyektlərinin sahiblərinə məcburi göstəriş verilib”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR