Fotoda görünən ağır mənzərə hər gün ordan keçənləri dilə gətirib. Bura Balaxanı kəndinin girişində, Neftçi kafesinin yanındakı qəssab dükanıdı. Kənd sakinlərinin bildirdiyinə görə hər səhər bu qəssab kəsmək üçün gətirilən bir heyvanı bura eynən bu halda bağlayır. Heyvan nəinki tərpənə, heç otura da bilmir. Arxa ayaqlarını qoyub oturmaq istəyir, o da mümkün olmur. Bir sözlə, kəsiləcək heyvanlar həyatlarının son saatlarında əməlli-başlı əzab çəkir. Sakinlərin bildirdiyinə görə dəfələrlə dayanacaqda dayanan sakinlər qəssabın ya özünə deyiblər, ya orda kafedə işləyən uşaqlarla xəbər yolluyublar, heç bir xeyri yoxdur. Manyak qəssab hər gün eyni şeyi təkrarlayır, heyvanlara işgəncə verir, yoldan keçən insanlara psixoloji travma yaşadır.
Azadmedia.az sözügedən fotonu yerləşdirməklə, ünvanı qeyd etməklə inanır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi hadisə barədə ölçü götürəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.