AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“AzərEnerji” və “Azərişıq” “Zəfər işığı” adlı geniş tədbir keçirib

  • + A
  • - A
  • 7-11-2023, 13:53

    “AzərEnerji” və “Azərişıq” “Zəfər işığı” adlı geniş tədbir keçirib

    “AzərEnerji” və “Azərişıq” səhmdar cəmiyyətləri Ulu Öndər Heydər Əliyevin 100 illiyi, Prezident İlham Əliyevin hakimiyyətə gəlməyinin 20 illiyi və Zəfər Günü ilə bağlı “Zəfər işığı” adlı geniş tədbir keçiriblər. “AzərEnerji” ASC-nin Baş İdarəetmə Kompleksinin binasında yerləşən 500 nəfərlik Energetiklərin Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ilk öncə dövlət himni səslənib, Ulu Öndər Heydər Əliyev və Vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Daha sonra Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilən ərazilərdə “AzərEnerji” və “Azərişıq” tərəfindən görülən işlərə həsr olunmuş “Zəfər işığı” adlı filmin nümayişi olub.
    “AzərEnerji” rəhbəri Baba Rzayev çıxış edərək Ulu Öndərin energetika sahəsində gördüyü işlərdən danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan müstəqil Azərbaycanın elektroenergetikası məhz cənab Prezident İlham Əliyev tərəfindən bugünki səviyyəyə çatıb. Baba Rzayevin sözlərinə görə, bu gün Azərbaycanın sayılıb-seçilən enerji dövləti titulunu alması, ən müasir texniki avadanlıqlarla təchiz olunaraq rəqəmsallaşdırılması, alternativ və bərpa olunan enerjinin prioritet sahəyə çevrilməsi, qırxdan artıq yeni elektrik stansiyalarının inşa olunması, yüzlərlə yarımstansiyanın tikilərək yenidən qurulması, min kilometrlərlə müxtəlif gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, hazırda ölkədə istehsal olunan enerjinin 20 faizə yaxın hissəsinin ixrac edilməsi, qeyri neft sektorunda enerji ixracının neçə illərdir birinci olması və digər bu kimi məsələlər cənab Prezident İlham Əliyevin davamlı enerji strategiyasının həyata keçirilməsinin təzahürüdür.
    Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi qazanılan şanlı Zəfər yolundan danışan Baba Rzayev qeyd edib ki, Cənab Prezidentin tapşırığı ilə hələ müharibə gedən dövrdə “AzərEnerji” və “Azərişıq” səhmdar cəmiyyətlərinin əməli fəaliyyət keçib və artıq bütün azad olan rayonlar Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı “yaşıl enerji” zonasın çevrilməkdədir.
    Tədbirdə çıxış edən qocaman energetik Baxış Babayev, Akademik Arif Həşimov, professor Nurəli Yusifbəyli də Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazilərin işğaldan azad olunması və bunu ardınca həyata keçirilən quruculuq işlərindən danışıblar.
    Daha sonra 3 il ərzində işğaldan azad olunan ərazilərin elektrik təchizatında xüsusi fədakarlıq göstərən “AzərEnerji” və “Azərişıq” əməkdaşları müxtəlif nominasiyalar üzrə Baba Rzayev və Vüqar Əhmədov tərəfindən mükafatlandırılıb. Eyni zamanda qəhrəman qazilərimizə də hədiyyələr təqdim olunub.
    Tədbirin sonunda konsert proqramı təşkil olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR