Restoran və şadlıq evinin yükünün ağırlığından sözün əsl mənasında beli bükülən Nizami rayonunda yenə ağaclar qırılır, yeni restoran üçün. Vaxt var idi, Nizami rayonu sərv boylu yaşıl ağacları ilə başqa rayonlara nümunə idi.
Azadmedia az xəbər verir ki, görüntülər Nizami rayon Elşən Süleymanov küçəsi, 220 nömrəli məktəbin qarşısındakı parkdan çəkilib. Görünən odurki, yaşıl parkı yenə kimsə özəlləşdirib. 20 ilin parkında restoran tikmək istəyirlər. Sakinlər yazır ki, parkda ağac sıxlığı olduğundan bəzi ağacların dibinə zəhər töküblər ki, seyrəlsin, kabinka və masa qoymağa yer olsun.
Nizami rayonu yaşıllıq dolu, piyada yönümlü, kampinq diyarı ola bilərdi, amma nədənsə zövqsüz restoranlara üstünlük verilir. İcra hakimiyyətləri Yaşıllıq İdarələri ilə "anlaşır". Bizim gücümüz Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verməyə çatır ki, cərimələsinlər, tədbir görsünlər.
Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.