AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Jurnalistlər üçün tikilən binanın mənzilləri şəhid və qazi ailələrinə verildi

  • + A
  • - A
  • 30-11-2023, 12:02

    Jurnalistlər üçün tikilən binanın mənzilləri şəhid və qazi ailələrinə verildi

    Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 250 mənzil verilib. Azadmedia.az xatırladır ki, verilən mənzillər Prezident İlham Əliyevin sərəncamıyla jurnalistlər üçün tikilmişdi, ölkə başçısı binanın təməlqoyma mərasimində iştirak etmişdi.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Bakı şəhərinin Bibiheybət qəsəbəsindəki yeni yaşayış binasından 250 mənzil təqdim edilib.
    4 saylı DOST Mərkəzində mənzillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Nazirlik yanında İctimai şuranın sədr müavini, "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları" İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə və şuranın üzvü, "Qarabağ Qaziləri" İctimai Birliyinin İdarə Heyətinin üzvü Rey Kərimoğlu təqdim ediblər.
    Xəbərdə Sputnik.az-ın məqaləsindən istifadə edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR