Rusiya-Ukrayna müharibəsi Azərbaycandakı qaçqın sayını kəskin artırıb.
2022-ci ilədək Azərbaycanda BMT-nin himayəsində qaçqın və sığınacaq axtaran şəxs kimi qeydiyyatda olanların sayı 2 mindən az idi. Son iki ildə bu rəqəm 6 mini ötür.
Onların əsas hissəsi ukraynalıdır. Hazırda Azərbaycanda 5 minə yaxın ukraynalı qaçqın var.
Azərbaycandakı qaçqın və sığınacaq axtaran şəxslərin
ölkələr üzrə bölgüsü belədir:
Ukrayna – 4776
Əfqanıstan – 1141
Rusiya – 308
Pakistan – 79
İran – 65
Suriya – 34
Yəmən – 11
İraq – 10
Liviya, Fələstin, Özbəkistan - 5
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.