Azərbaycanda prezident seçkilərində namizədlərin qeydə alınması üçün tələb olunan sənədlərin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatıb. KİV-in məlumatına görə, prezidentliyə namizədin qeydə alınması üçün tələb olunan seçki sənədlərinin MSK-ya təqdim edilməsi 2023-cü il dekabrın 19-dan başlayıb.
Bu müddət bu il yanvarın 8-i saat 18:00-a qədər davam edib.
Bu günə kimi qarşıdan gələn seçkilərdə 17 nəfər öz namizədliyini irəli sürüb. MSK üç namizədi - Yeni Azərbaycan Partiyasından hazırkı prezident İlham Əliyevin, Milli Cəbhə Partiyasından Razi Nurullayevin və müstəqil namizəd Zahid Orucun namizədliyini qeydə alıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.