AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Camaat nə deyər?" stereotiplərini qırmaq zamanı

  • + A
  • - A
  • 16-02-2024, 10:33

    "Camaat nə deyər?" stereotiplərini qırmaq zamanı


    Elnurə Abuşova


    Çoxumuz öz həyatımızı istədiyimiz kimi yaşaya bilmir, çərçivələrə sığmaq məcburiyyətindəyik.

    ..."Camaat nə deyər?" qınağına tabe olmaqla böyütdülər uşaq vaxtından bizi. Saç kəsiminə, geyimə, getdiyin yerə, sinif yoldaşların ilə keçirilən vaxta, bir sözlə, hər işimizə müdaxilə olundu. Ona görə yox ki, evdən bizə inamsızlıq var idi, ona görə ki, "Camaat nə deyər?" komplekslərindən çıxmaq heç kimin ağlından keçmirdi. Orta məktəbi bitirdib ali təhsil alanda da məcbur qalıb "Camaat nə deyər?"ə boyun əydik. Sonra ailə qurmaq lazımdı, "Camaat nə deyər?". Ailəli olanda qismətimə uzaq ölkədə yaşamaq düşdü. Oktyabrdan aprelə qədər qış olurdu. Balaca qızımın daha çox hava alması, daha çox nənə-babası ilə vaxt keçirməsi üçün gəlib aylarla ölkədə qalmaq da olmazdı - "Camaat nə deyər?". Ailədə söz-söhbət varsa, səs çıxarıb yoluna qoymaq üçün çaba da vermək olmaz, söz çıxar, düşmən sevinər, "Camaat nə deyər?"...
    Yedi bu "Camaat nə deyərlər" ömrümüzü. Heç vaxt özümüz üçün yaşamadıq, həmişə camaat üçün yaşadıq.
    Əslim rayonludu, çox ailələr tanıyıram rayonda, kənddə. Adamlar min bir əziyyətlə becərdiyi təsərrüfatdan əldə etdiyi gəlirlə nəinki öz istirahətlərinə vaxt ayırıb gedib hansısa istirahət mərkəzində dincəlir, heç qıyıb evində də özü üçün ürəyi istəyən məqsədə, zəruri məqsədə xərcləyə bilmir. Həyətdə laveslər tikir, hər il evin aboyunu, yeri düşəndə qapı-pəncərəsini dəbə görə dəyişir. Bir əsasla edirlər; Evdə xeyir-şər olar, gəlib görərlər qonşudan, eldən geri qalıblar, "Camaat nə deyər?" Hələ kreditə girib sağlamlıqları, zamanları, gündəlik tələbatıarından kəsərək dediyim işləri görənlər var.
    Çox misal çəkə bilərəm. Sözümü gətirib bu həftə ölkə gündəmini zəbt edən Əhmədə də gətirib çıxarmaq istəyirəm. Əhməd də, əzabla qətlə yetirilən ailəsi də "Camaat nə deyər?"in qurbanı oldu. Onu müalicə mərkəzində saxlatdırmağa, cinayət törədəndə cəzadan yayındırmağa "Camaat nə deyər?" mane olub.
    Qırın "Camaat nə deyər?" stereotiplərini. Sizə necə rahatdı elə yaşayın. Sizə necə rahatdı elə geyinin. İldə 1 dəfə də olsa gedin hansısa istirahət mərkəzinə, qaçın problemlərdən. Sizə kiminlə xoşdu onunla evlənin. Sizə, övladınıza hansı hansı peşə maraqlıdır, onunla məşğul olun. "Camaat nə deyər?"ə görə illərinizi seravantda saxlanan diplomlara qurban verməyin. Siz ac, susuz, mənəvi problemlər məngənısində sıxılanda ömrünüzü üzərində qurduğunuz "Camaat nə deyər?" köməyinizə gəlməyəcək. "Camaat nə deyər?" kompleksindən qurtulun. Ürəyiniz deyəni eşidin. O sizindir, sizə qalan ürəkdir, könül xoşluğudur, rahatlıqdır. Stereotiplərdən azad olun! Hələki gec deyil.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR