Aİ-nin rəsmi jurnalında dərc olunan qərara əsasən, Avropa İttifaqı bir sıra yeni regionların Rusiyaya daxil olması ilə əlaqədar tətbiq etdiyi anti-Rusiya sanksiyalarını daha bir il, 2025-ci il fevralın 24-dək uzadıb.
“Bu qərar (sanksiyaların uzadılması ilə bağlı - red.) 2025-ci il fevralın 24-dək tətbiq ediləcək”, - sənəddə deyilir.
Qeyd olunur ki, söhbət guya “Ukraynanın hökumətin nəzarətində olmayan bəzi ərazilərinin Rusiya Federasiyası tərəfindən qanunsuz olaraq tanınması, işğalı və ya ilhaqı” ilə bağlı tətbiq edilən tədbirlərdən gedir.
Sənəddə deyilir ki, qərar rəsmi jurnalda dərc olunduqdan ertəsi gün qüvvəyə minir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.