AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

9 təhsil ocağında icra olunan layihənin yekunlarına dair Dəyirmi Masa keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 21-02-2024, 21:56

    9  təhsil ocağında icra olunan layihənin yekunlarına dair Dəyirmi Masa keçirilib - FOTOLAR

    “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi bildiirir ki, 01 dekabr 2003-cü ildən başlayaraq Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə və Azərbaycan Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Agentliyi ilə razılaşdırılaraq Sabunçu rayonu Maştağa, rində yerləşən K.Məmmədov adına 209 № li.,C.Cabbarlı adəna 187 № li., 255 № li.,C.Nurməmmədov adına 108 № li., Ə.Vahid adına 293 № li., N.Nərimanov adına 128 № li., Nardaran qəsəbəsi 130 № li., və 295 № li., Bilgəh qəsəbəsi 142 № li. tam orta məktəblərdə “ Heydər Əliyev və mənim gözəl paytaxtım “ layihəsinin icrasının yekunlarına dair Dəyirmi Masa keçirilmişdir.

    Layihə rəhbəri Namiq Nəcəfov QHT.az-a bildirib ki, Dəyirmi Masa 19 fevral 2024-cü il tarixində Maştağa qəsəbəsi Kamal Məmmədov adına 209 № li.tam orta məktəbdə saat 11-00 da təşkil olunmuşdu. Tədbirdə K.Məmmədov adına 209 № li tam orta məktəbin direktoru Səbahət Ağayeva., Məktəbdənkənar və sinifdənxarıc tərbiyə işi üzrə təşkilatçı Vəfa Rəsulova, direktorun təs.işləri üzrə müavini Vahidə Sultanova,UBTR Təranə Əliyeva , layihəyə qoşulmuş fəal,çalışqan ,intizamlı 15 şagird iştirak edirdilər. Dəyirmi Masanın üstündə və önündə layihənin loqolu təsviri olan müxtəlif çaplı Roll up, A-4 formatda rəngli təsvirlər və bayraqlar düzülmüşdü.

    Layihə rəhbəri N.Nəcəfov toplaşanlara “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin icrası ilə əlaqədar layihənin bütün mərhələləri barədə ətraflı məlumat verdi və toplaşan şagirdləri bundan sonra da aktiv ictimai fəaliyyətə şağırdı. K.Məmmədov adına 209 № li tam orta məktəbin direktoru Səbahət Ağayeva çıxış etdi və bildirdi ki, “Heydər Əliyev və mənim gözəl paytaxtım “ layihəsinin icrası 3-cü aydir ki, məktəbdə davam edir və hal-hazırda biz onun uğurlu nəticələrini müzakirə edirik. “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsi şagirdlərin Azərbaycanın tarixi haqqında, Respublikamızın müstəqilliyi uğrunda Ulu Öndər Heydər Əliyevin mübarizəsi, onun zəngin həyat yolu barədə biliklərini zənginləşdirdi, onlara yeni məlumatlar verdi, dünyagörüşlərini genişləndirdi.

    Tədbirdə V.Rəsulova,T.Əliyeva çıxış edtdilər. Onlar layihə iştirakçılarına həmişə məktəbin ictimai həyatında fəal olmağı tövsiyyə etdilər. Şagirdlər Məmmədov M , Ağayeva Z.,Məmmədov N, Vahabova L, Əliyeva T ,Xəlilov Q, Əliyeva A, bir daha Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etdilər, layihə barədə düşüncələrini bildirdilər və bu layihənin Maştağa qəsəbəsində təşkilinə görə Azərbaycan Gənclər Fonduna minnətdarlıq bildirdilər.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR