AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İcra başçısı Xocalı tədbirində niyə iştirak etmədi? - FOTO

  • + A
  • - A
  • 26-02-2024, 17:50

    İcra başçısı Xocalı tədbirində niyə iştirak etmədi? - FOTO

    Bu gün Ağstafada Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar tədbirdə rayon icra hakimiyyətinin başçısı Seymur Orucov iştirak etməyib.

    İqtisadiyyat.az xəbər verir ki, RİH-in keçirilən tədbirlə bağlı yaydığı məlumatda icra başçısının iştirak etməməsi sual doğurub.

    Tədbirdə başçının birinci müavini Müşfiq Hüseynov, RİH-in və hüquq-mühafizə orqanlarının məsul şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində Şəhidlər Memorial kompleksi ziyarət olunub.

    Bundan əlavə, Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş dəyirmi masa isə başçının digər müavini Lalə Eyyubovanın sədrliyi ilə keçirilib.

    Məsələ ilə bağlı İqtisadiyyat.az RİH-ə sorğu ünvanlayıb. Bildirilib ki, icra başçısı bu gün işə getməmək üçün icazə alıb. RİH-dən hər şeyin qaydasında olduğu, narahatlığa heç bir əsasın olmadığı bildirilib və digər məlumat verilməyib




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR