AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İmamlı kənd sakinləri nə istəyir?

  • + A
  • - A
  • 1-03-2024, 16:08


    İmamlı kənd sakinləri nə istəyir?

    Qəbələ rayonunun qədim tarixə malik kəndlərindən biri də İmamlı kəndidir. 100-ə yaxın fərdi yaşayış evinin mövcud olduğu kənddə təxminən 350-dən çox sakin yaşayır. Kənd camaatını narahat edən problemlərdən biri İmamlıda təbii qazın olmamasıdır. Bu səbəbdən adıçəkilən kəndin 25 nəfər sakini müraciətlərini ünvanlamaq üçün İcra nümayəndəliyinin önündə təşkil olunan “Səyyar qəbul otağı”na təşrif buyurub. Mikrofon önünə çıxanlar isə 350-dən çox vətəndaşın qazlaşdırma ilə bağlı istəyini dilə gətirib. Zaqatala RQİİ-nin əməkdaşları kəndin qazlaşdırılması ilə bağlı müraciətlərin qeydə alınaraq aidiyyəti üzrə yönləndiriləcəyini bildiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR