Şirvanda «Narkomaniyaya yox deyək!» mövzusunda maarifləndirici tədbir keçirilib
Tədbirdə çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Fizuli Əhmədov dövrümüzün ağır bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən danışıb.
Bu bəlaya düçar olmuş şəxslərin sağlam həyata qayıtmasının çox çətin olduğunu qeyd edən polis rəisi, şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə edib.
Daha sonra çıxış edən digər iştirakçılar narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu xatırladaraq, narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən, qəbul olunan dövlət proqramlarından danışıblar.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.