AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“TƏBİB hər evdə” aksiyasına start verilir

  • + A
  • - A
  • 25-04-2024, 11:08

    “TƏBİB hər evdə” aksiyasına start verilir

    TƏBİB-in təşkilatçılığı ilə “Avropa İmmunizasiya Həftəsi” çərçivəsində Ağdaş, Şəki və Zaqatala rayonlarının ucqar kəndlərində “TƏBİB hər evdə” aksiyasına başlanılıb.

    Aksiya çərçivəsində ümumilikdə hər rayona 20-yə yaxın briqada cəlb olunub. Briqadalar ilkin səhiyyə müəssisələrində fəaliyyət göstərən pediatr, terapevt və tibb bacılarından ibarətdir. Həmçinin ixtisaslı həkimlərdən ibarət xüsusi briqadalar yaradılıb və bu briqadalar müayinələrin aparılması üçün portativ USM, rentgen, laborator avadanlıqlarla təchiz edilib.

    Eyni zamanda "İmmunizasiya Həftəsi” çərçivəsində tibb işçilərinə təlimlərin keçirilməsi də nəzərdə tutulub.

    “İmmunizasiya Həftəsi”nin keçirilməsində məqsəd uşaqların profilaktik peyvəndləməsi işi ilə məşğul olan tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, soyuq zəncir (peyvəndlərin saxlanılması və daşınması) sisteminin gücləndirilməsi, immunizasiya üzrə elektron qeydiyyat sistemində görülən işlərin keyfiyyətinin artırılması, əhali arasında maarifləndirmənin gücləndirilməsi, “0” dozalı (GDT Hib Hep B peyvəndini almayan) uşaqların sayının minimuma endirilməsi ilə peyvəndləmə işində dayanıqlılığın təmin edilməsidir.

    Qeyd edək ki, Avropa İttifaqının maliyyələşdirdiyi “Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində TƏBİB Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birlikdə Azərbaycanda aprelin son həftəsindən başlayaraq “Avropa İmmunizasiya Həftəsi” ilə bağlı silsilə tədbirlər keçirməyə başlayıb.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR