AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Media: Böyük Britaniyada III Çarlzın ölümü halında planı daim yeniləyirlər

  • + A
  • - A
  • 25-04-2024, 22:37

    Media: Böyük Britaniyada III Çarlzın ölümü halında planı daim yeniləyirlər

    Britaniya hökuməti Britaniya kralı III Çarlzın ölümü halında hazırlanmış Menai Körpüsü planını mütəmadi olaraq nəzərdən keçirir və yeniləyir. Bu barədə RİA Novosti mənbəyə istinadən yazır.
    Mənbə qeyd edib ki, monarxın xərçəngi nəzərə alınmaqla planlar “tozdan təmizlənib və indi fəal şəkildə yenilənir”.

    Qeyd olunur ki, plan yüzlərlə səhifədə dəfn mərasiminin bütün məqamlarının ətraflı təsvir olunduğu geniş layihədir.

    Bundan əlavə, onu tərtib edərkən kraliça II Yelizavetanın dəfn mərasimi zamanı buraxılmış səhvləri və nöqsanları nəzərə alıblar.
    Eyni zamanda, mənbə dəqiqləşdirdi ki, planın yenilənməsi qeyri-adi bir şey kimi qəbul edilməməlidir: onun üzərində iş əvvəlki taclı şəxsin dəfn mərasimindən dərhal sonra başlanıb.

    Kral ailəsinin qalan hissəsi üçün də onların fəal iştirakı ilə planlar hazırlanıb. Beləliklə, şahzadələr Uilyam və Harri gələcək dəfn mərasimləri üçün müstəqil olaraq musiqi, çiçək və dualar seçdilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR