AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müasir avadanlıqlarla təchizat əhaliyə its çərçivəsində keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə imkan verir

  • + A
  • - A
  • 17-05-2024, 14:19

    Müasir avadanlıqlarla təchizat əhaliyə its çərçivəsində keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə imkan verir

    Müasir avadanlıqlarla təchizat əhaliyə its çərçivəsində keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə imkan verir

    Azadmedia.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Lənkəran rayonuna təşkil edilən media-tur zamanı Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib. Departament rəhbəri qeyd edib ki, icbari tibbi sığortanın hədəflədiyi istiqamətlərdən biri də əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaqdır. Keyfiyyətli tibbi xidmətin göstərilməsi səhiyyə infrastrukturu, təchizat məsələləri ilə bağlıdır:
    “Sevindirici haldır ki, Lənkəran RMX-nın müasir avadanlıqlarla təchizatı, xəstəxanada yaradılan şərait cənub bölgəsinin əhalisinə icbari tibbi sığorta çərçivəsində keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə imkan verir. Xəstəxanada İnvaziv kardiologiya və ürək-damar cərrahiyyəsi, Urologiya şöbələri yeni açılaraq, 4-cü tip laboratoriya şöbəsi isə yenidən qurularaq müasir avadanlıqlarla təchiz edilib. İnvaziv kardiologiya şöbəsində standartlara uyğun olaraq 1 cərrahi otaq, 1 texniki otaq, 6 çarpayılıq intensiv reanimasiya otağı, sterilizasiya və digər köməkçi sahələr yaradılıb. Şöbədə kardioloji xəstələrə tam və düzgün diaqnozun qoyulmasına imkan verən ən müasir diaqnostik avadanlıqlar (rəqəmsal angioqrafiya aparatı), süni tənəffüz aparatı, defibilyator, EXO cihazları mövcuddur. Ürək-damar cərrahiyyəsi şöbəsində 19 palata, 2 əməliyyat bloku, 6 nəfərlik reanimasiya otağı tam təmir olunaraq vətəndaşların istifadəsinə verilib. Eyni zamanda tibb müəssisəsi yeni MRT və KT cihazları ilə təchiz edilib”.
    H.İbrahimlinin sözlərinə görə, İnvaziv kardiologiya şöbəsi fəaliyyətə başladığı dövrdən bəri 1859 pasiyent müraciəti olub. Pasiyentlərdən 600 nəfərə stend qoyulub. Şöbədə ilk dəfə olaraq 3 pasiyentə ürəkdaxili cihaz implantasiyası, 2 pasiyentə ürək ritminin ablasiya ilə invaziv müalicəsi icra edilib. Ürək-damar cərrahiyyəsi şöbəsi isə fəaliyyətə başladığı gündən 118 xəstə qəbul edib. 10 xəstəyə klapan dəyişilmə, 108 nəfərə aorta koronar şuntlama əməliyyatı icra olunub”.
    Media-tur iştirakçıları icbari tibbi sığorta çərçivəsində ürək-damar cərrahiyyəsi üzrə əməliyyat olunan vətəndaşları ziyarət edib, rəyini öyrəniblər.
    Daha sonra media və qeyri-hökumət təşkilatlarının nümayəndələri tibb müəssisəsində müayinə olunublar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR