Navalnını “Noviçok”la zəhərləyiblər
Almaniya mütəxəssisləri Rusiya müxalifətinin lideri, bloger Aleksey Navalnının zəhərləyici hərbi maddə "Noviçok"la zəhərləndiyini açıqlayıblar.
AzadMedia.az xəbər verir ki, bu barədə Almaniya hökumətindən bildirilib.
Hərbi toksikoloqlar Navalnının “Noviçok” qrupundan olan maddə ilə zəhərləndiyini təsbit edbilər.
Almaniyanın Nazirlər Kabineti ümumi reaksiya hazırlamaq üçün Navalnının müayinəsinin nəticələri barədə Avropa İttifaqı və NATO-nu xəbərdar edəcəklərini bəyan edib.
Bundan əlavə, Kimyəvi Silahların Qadağan olunması Təşkilatı ilə əlaqə qurmağı planlaşdırırlar.