Serbiya və Rumıniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin Belqrad və Buxarest şəhərindəki abidələri ziyarət edilib.
Bu barədə Azadmedia.az a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Ümummillli liderin anadan olmasının 98-ci ildönümünə həsr olunan tədbirlərdə Belqrad və Buxarest şəhərlərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Rumıniya Azərbaycanlıları Birliyinin üzvləri, Azərbaycanın bu ölkələrdəki səfirliklərinin, "Azvirt" şirkətinin Serbiyadakı və SOCAR-ın Rumıniyadakı nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.
Ziyarət zamanı ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və abidənin önünə əklil qoyulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.