İŞİD Türkiyəyə müharibə elan etdi — "Bizim ən qatı düşmənimizdirlər"
İŞİD Türkiyəyə müharibə elan edib.
Redaksiyamız "İndependent" nəşrinə istinadən xəbər verir ki, bu sözləri İŞİD-in liderlərindən biri sayılan Əbu Mutassim deyib.
"İndependent"ə müsahibəsində Əbu Mutassim bu qərarı Türkiyənin onlara qarşı mübarizəsindən sonra verdiklərini deyib.
"Onların lideri arxasını İslama çevirib. Müsəlman olsalar da, Rusiya və ABŞ-la birlikdə bizə qarşı vuruşurlar".
Əbu Mutassim Türkiyəni ən qatı düşmənləri adlandırıb.