AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Taliban" dollarla alqı-satqını qadağan etdi

  • + A
  • - A
  • 12-12-2021, 20:00

    "Taliban" dollarla alqı-satqını qadağan etdi

    "Taliban" Əfqanıstanda milli valyutanın - əfqaninin son günlər kəskin ucuzlaşması ilə əlaqədar dollar alqı-satqısını qadağan edib.

    AzadMedia.az xəbər verir ki, ölkənin Kabildə yerləşən ən böyük valyuta bazarı “Saray Şahzadə”də dolların məzənnəsi avqustun əvvəlində 80 əfqani olsa da, artıq 114 əfqani səviyyəsinə çatıb.

    Oktyabrın 6-da Mərkəzi Bank ölkədə bütün ticarət əməliyyatlarının yalnız Əfqanıstanda həyata keçirilməli olduğu barədə fərman verib. "Taliban" rəsmiləri daha sonra iqtisadi əməliyyatlarda xarici valyutadan istifadə edən əfqanları cəzalandıracaqlarını bildiriblər.

    Hazırda "Taliban" tərəfindən həyata keçirilən tədbirlərə baxmayaraq, ölkədə iqtisadi vəziyyət son dərəcə ağır olaraq qalır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR