AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

​Əfqanıstanda KİV-in fəaliyyətinə icazə veriləcək - Taliban

  • + A
  • - A
  • 17-08-2021, 20:20



    Taliban sözçüsü Zabiullah Mücahid Əfqanıstanda söz və mətbuat azadlığına hörmət ediləcəyini vəd edib.

    Azadmedia.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, Mücahid bildirib ki, informasiya azadlığı cəmiyyət üçün faydalı olacaq və eyni zamanda liderlərin səhvlərini düzəltməyə kömək edəcək.

    Xatırladaq ki, 1996-2001-ci illərdə Əfqanıstanda "Taliban" hakimiyyəti dövründə yalnız təbliğat və dini proqramlar yayımlayan radiostansiya (Radio Charia) istisna olmaqla, bütün kütləvi informasiya vasitələri qadağan edilmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR