Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Nazirlər Kabinetinin iclası keçiriləcək.
İclasın əsas gündəmi Ukraynadakı hadisələr olacaq.
Bu gün Ankarada keçiriləcək Nazirlər Kabinetinin iclasında bölgədəki hadisələrin Türkiyəyə təsirləri ilə bağlı hərtərəfli qiymətləndirmənin aparılacağı gözlənilir.
İclasda həmçinin Ukraynada hərbi əməliyyatlara son qoymaq üçün vasitəçilik də daxil olmaqla atıla biləcək addımlar müzakirə olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.