AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenskinin NATO-ya çağırışı: ABŞ-dan yeni “barıtlı” qərar

  • + A
  • - A
  • 9-03-2022, 16:40

    Zelenskinin NATO-ya çağırışı: ABŞ-dan yeni “barıtlı” qərar

    Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ikinci həftəsində ABŞ Moskvadan artan təhdidlər fonunda Avropa səmasının təhlükəsizliyini gücləndirmək əzmini nümayiş etdirir.

    ABŞ dünyanın silah bazarlarında və beynəlxalq hərb meydanında məşhur olan “Patriot” hava hücumundan müdafiə sistemlərinin iki batareyasını Polşaya yerləşdirmək barədə qərar qəbul edib.

    “Patriot” ballistik raketlərə, qanadlı raketlərə və qırıcılara qarşı bütün hündürlükdə, istənilən hava şəraitində duruş gətirmək potensialında olan hava hücumundan müdafiə sistemidir.

    Birləşmiş Ştatların hava hücumundan müdafiə qüvvələrinin onurğa sütunu hesab olunan olan “Patriot” 1991-ci ildə Körfəz müharibəsi zamanı məşhurluq qazanıb.

    İndi “Patriot”ların yeni partiyasının Polşada yerləşdirilməsi Ukrayna Prezidenti Volodimir Zelenskinin NATO-ya çağırışları fonunda baş verir.

    Zelenski qınaqqarışıq xahişlərlə israr edir ki, NATO Ukrayna səmasını Rusiya üçün bağlamalıdır, əgər bu, baş verərsə, NATO-nun hava hücumundan müdafiə kompleksləri Ukrayna səmasına soxulan Rusiya qırıcılarını, raketlərini vurar.

    NATO isə soyuqqanlı yanaşır, bu riskə getmir, çünki onun atəş açdığı məkan Rusiyanın hədəfinə çevrilər.

    Deməli, NATO özünün zenit-raket komplekslərinin Rusiya raketlərinə qarşı immunitetinə şübhə ilə yanaşır və bu normaldır. Ona görə özünü də bu səbəbdən münaqişənin tərəfinə çevirmir.

    Ukraynadakı müharibənin alovlarının Avropaya keçməsi riski isə yüksək olaraq qalmaqdadır, əgər qığılcım Avropaya sıçrasa, o zaman NATO da münaqişə tərəfi olacaq və müharibə yeni fazaya keçəcək.

    Digər tərəfdən, NATO ondan da ehtiyat edir ki, Rusiya cari situasiyada da Avropa məkanına zərbələr endirər, bu baxımdan Avropadakı “Patriot” raketlərinin sayını artırır.

    “Patriot” dünyanın 18 ölkəsində qərar tutur – bu ölkələrdən bir neçəsi Avropa coğrafiyasındadır (Almaniya, Niderland, Yunanıstan, İspaniya, Rumıniya, İsveç və Polşa).

    Ancaq hərbidə belə təcrübə də mövcuddur ki, hava hücumundan müdafiə sistemlərinin radarları hədəfi bəzən gec aşkarlayır, bu zaman isə artıq necə deyərlər, iş-işdən keçmiş olur.

    “Patriot” özünün reputasiyası üçün zərər olan belə təcrübəni yaşayıb – məsələn, Yəməndəki husi qruplaşması Səudiyyə Ərəbistanını raket atəşinə tutarkən.

    Ancaq bu halları anoloqsuz silahlar üçün də xarakterik ola bilər, hər bir silah mütləq müdafiə təmin etməyə bilər, ancaq “Patriot”ların sayının artması Rusiyanı Avropaya hücumlardan çəkindirən faktor rolunu oynayır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR